...

Azərbaycan və Gürcüstan sərhədləri arasında vahid keçid məntəqəsi müəyyənləşdiriləcək

Siyasət Materials 25 Oktyabr 2010 11:33 (UTC +04:00)
Avropa İttifaqının maliyyəsi ilə həyata keçirilən layihə əsasında Azərbaycan və Gürcüstan sərhədləri arasında vahid keçid məntəqəsi müəyyənləşdiriləcək.
Azərbaycan və Gürcüstan sərhədləri arasında vahid keçid məntəqəsi müəyyənləşdiriləcək

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Avropa İttifaqının maliyyəsi ilə həyata keçirilən layihə əsasında Azərbaycan və Gürcüstan sərhədləri arasında vahid keçid məntəqəsi müəyyənləşdiriləcək, - Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsinin təqdimatı zamanı layihənin Azərbaycan üzrə meneceri Məzahir Əfəndiyev bildirib.

Bu gün Bakıda "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsinin təqdimatı olub.

Avropa İttifaqınin maliyyəsi və BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan hökumətinin birgə icra etdiyi layihənin icrasına sentyabrdan başlanılıb. Layihənin əsas məqsədi sərhədlərin idarə olunması sahəsində milli qurumlararası əməkdaşlıq səviyyəsinin yüksəldilməsi, qonşu sərhəd ölkələri (Ermənistan istisna olmaqla), Aİ-yə üzv dövlətlər və digər beynəlxalq təşkilatlarla ikitərəfli və regional əməkdaşlığın artırılması, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi və strateji idarəetmə potensialının inkişaf etdirilməsi, Azərbaycan qanunvericiliyi və reallıqlarını əks etdirən təkmilləşdirilmiş sənədin hazırlanmasından ibarətdir. Sənəd 2012-ci ilədək icra olunacaq.

Layihənin icrasına 6,3 milyon avro ayrılıb.

Layihənin Azərbaycan üzrə meneceri Məzahir Əfəndiyev deyib ki, layihə çərçivəsində Azərbaycan və Gürcüstan sərhədlərinin qiymətləndirmə işləri aparılıb. Layihənin icrası müddətində yaşıl zolaqlarda texniki avadanlıqların yeni idarəçilik metodlarının tətbiqi ortaya qoyulacaq.

Xəbər lenti

Xəbər lenti