...

İlham Əliyev Braziliyanın yeni seçilmiş Prezidentini təbrik edib

Siyasət Materials 2 Noyabr 2010 20:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının yeni seçilmiş Prezidenti xanım Dilma Rousseffi təbrik edib.
İlham Əliyev Braziliyanın yeni seçilmiş Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının yeni seçilmiş Prezidenti xanım Dilma Rousseffi təbrik edib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Braziliya dövlətlərarası münasibətləri, genişlənməkdə olan dostluq əlaqələrimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev xanım Dilma Rousseffə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti