Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Baş naziri Artur Rasizadə çərşənbə günü Türkiyənin milli müdafiə naziri Vecdi Gönülün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə çərşənbə günü Trend-ə Nazirlər Kabinetindən bildiriblər.
Görüş zamanı Baş nazir Azərbaycanın müdafiə sahəsinin gücləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayaraq, ölkənin hərbi qüdrətinin daha da möhkəmləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib.
Vecdi Gönül Türkiyənin Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini bildirib. Türkiyəli nazir ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın daim dərinləşdiyini deyib və bu sahədə əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Çərşənbə axşamı Türkiyənin müdafiə naziri Vecdi Gönülün Bakıya səfəri başlayıb.
Səfər çərçivəsində Türkiyənin müdafiə naziri Azərbaycanın Prezidenti İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə görüşüb.