...

İnsan inkişafı Azərbaycan qarşısında duran prioritetlərdən biridir – Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev

Siyasət Materials 4 Noyabr 2010 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan BMT ilə sıx əməkdaşlıqda beynəlxalq təhlükəsizliyə öz töhfəsini verir. Bu barədə cümə axşamı Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda BMT İnkişaf Proqramının (İP) İnsan İnkişafı Hesabatının təqdimatında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Prezident Administrasiyası və BMT "Azərbaycan-2050"  adlı yeni əməkdaşlıq proqramı üzərində işləyirlər.

"İnsan inkişafı demokratik dəyərlərin bir hissəsidir. Onun inkişafını Azərbaycan prioritet seçib", - Mehdiyev əlavə edib.

Cümə günü Bakıda BMT İP İnsan İnkişafı Hesabatının 20-ci illik yubiley buraxılışının təqdimatı keçirilib. Buraxılış təqdimatı "Azərbaycan: inkişafa aparan yol" sənədli filminin nümayişi ilə başlayıb.

BMT İP hesabatına görə, Azərbaycan son beş ildə dünyanın 169 ölkəsi arasında insan potensialının inkişafında ən əhəmiyyətli uğurlar qazanıb.

Azərbaycan 2005-ci ildə insan potensialının inkişafı göstəricisinə görə 101-ci, 2010-cu ilin yekunlarına görə isə 67-ci yeri tutub ki, bu da yaxşı göstərici hesab olunur. Bu barədə BMT İP-nin yubiley hesabatında deyilir.

Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, Braziliya, Türkiyə və Malayziya kimi "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub.

BMT İP-nin illik İnsan İnkişafı Hesabatı mərhum pakistanlı iqtisadçı Məhbub ul-Haqqın rəhbərliyi ilə müstəqil ekspert komandası tərəfindən 1990-cı ildə hazırlanıb və insan potensialının inkişafı üzrə illik hesabatda istifadə olunur. Göstərici həyat davamiyyəti, təhsilalma və faktiki gəlir nöqteyi nəzərindən ölkənin nailiyyətlərini üç əsas istiqamət üzrə təyin edir:

1. Doğulandan həyat davamiyyətinin gözlənilən göstəricisi ilə ölçülən sağlamlıq və uzunömürlülük;

2.Yaşlı nəslin savadlılıq səviyyəsi və ümumi təhsilalma əmsalı ilə ölçülən təhsilə keçid;

3. Alıcılıq qabiliyyəti pariteti üzrə adambaşına düşən ümumdaxili məhsulun həcminin ABŞ dolları ilə ölçülən həyat səviyyəsi.

Xəbər lenti

Xəbər lenti