...

Azərbaycanın bir sıra rayonunda əhaliyə göstərilən tibbi xidmətlər təkmilləşdiriləcək

Siyasət Materials 5 Noyabr 2010 21:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü ölkə əhalisinə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycanın bir sıra rayonunda əhaliyə göstərilən tibbi xidmətlər təkmilləşdiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü ölkə əhalisinə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən, Ağdaş və Şəki şəhərlərində inşa olunan 100 çarpayılıq xəstəxanaların tikintisinin sürətləndirilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinə iki milyon manat (hər bir xəstəxana üçün bir milyon manat) vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti