...

ATƏT-in Astanadakı sammitinin proqramı açıqlanıb

Siyasət Materials 10 Noyabr 2010 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Noyabrın 28-də Astanada ATƏT-in baş katibi Mark Peren de Brişambo və KİV azadlığı üzrə şəxsi nümayəndə Dunya Miyatoviçin iştirakı ilə qurumun sammiti çərçivəsində ilk mətbuat konfransı keçiriləcək.

Dövlət və hökumət başçılarının Qazaxıstana rəsmi səfərləri, eləcə də dövlət başçısı Nursultan Nazarbayevlə ikitərəfli görüşlər noyabrın 30-na planlaşdırılıb.

Sammitin rəsmi açılışı səhər dekabrın 1-də olacaq və orada nümayəndə heyətlərinin başçıları iştirak edəcəklər.

Qəbul evində Qazaxıstan Respublikası Prezidenti adından təntənəli qəbul elə həmin gün axşam olacaq.

Dekabrın 2-də sammit bağlanacaq. Orada ATƏT sammitinin yekun sənədi təsdiq və qəbul ediləcək.

Sammit dekabrın 1-2-də keçiriləcək və orada ATƏT üzvü olan 56 ölkənin və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, eləcə də 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək.

ATƏT-in yüksək səviyyədə sammitləri təşkilatın yarandığı 1975-ci ildən etibarən altı dəfə keçirilib. ATƏT-in sonuncu sammiti 1999-cu ildə İstanbulda olub.

Xəbər lenti

Xəbər lenti