...

Azərbaycan Prezidenti "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 18 Noyabr 2010 16:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli Qanununun tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli Qanununun tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi xəbər verir.

Qeyd olunan qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə Nazirlər Kabineti qüvvədə olan qanunvericilik aktlarının "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb üç ay müddətində Prezidentə təqdim etməlidir.

Həmçinin Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Prezidentə məlumat vermək və bu qanundan irəli gələn digər məsələləri həll etmək də hökumətə tapşırılıb.

Xəbər lenti

Xəbər lenti