...

Azərbaycan müşahidəçiləri MDB-nin missiyası çərçivəsində Qazaxıstanda seçkilərdə iştirak edəcəklər

Siyasət Materials 11 Mart 2011 17:51 (UTC +04:00)
Azərbaycan Parlamentindən olan müşahidəçilər MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyası çərçivəsində Qazaxıstanda prezident seçkilərində iştirak edəcəklər.
Azərbaycan müşahidəçiləri MDB-nin missiyası çərçivəsində Qazaxıstanda seçkilərdə iştirak edəcəklər

Qazaxıstan, Astana, 11 mart /Trend, müxbir A.Maratov/

Azərbaycan Parlamentindən olan müşahidəçilər MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyası çərçivəsində Qazaxıstanda prezident seçkilərində iştirak edəcəklər. Bu barədə Qazaxıstan parlamentinin mətbuat xidməti MDB ölkələrinin Parlamentlərarası Assambleyasının rəhbəri Mixail Krotova istinadən məlumat verib.

Ümumilikdə MDB Parlamentlərarası Assambleyanın 50-yə yaxın müşahidəçisini cəlb etmək planlaşdırılır. Hazırda MDB Parlamentlərarası Assambleyasından və KTMT Parlament Assambleyasından 12 beynəlxalq müşahidəçi akkreditə edilib.

Krotovun sözlərinə görə, MDB Parlamentlərarası Assambleyası və KTMT Parlament Assambleyasının missiyasının tərkibində Azərbaycan, Moldova, Ukrayna, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistandan olan parlamentarilərin iştirakı planlaşdırılır.

Bu missiyalar aprelin 3-də keçiriləcək növbədənkənar seçkilər prosesinin qısamüddətli monitorinqini aparacaqlar. Azərbaycan parlamentariləri qrupunun tərkibi hələ ki müzakirə mərhələsindədir.

"Yaxın vaxtlarda seçkilərdə daha 40-dan çox müşahidəçini akkreditə etmək planlaşdırılır. Onların sırasına Rusiya Federal Məclisinin hər iki palatasının nümayəndələri daxil olacaq", - Məclisin press-relizində deyilir.

Xəbər lenti

Xəbər lenti