...

Azərbaycan Prezidenti ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 14 Mart 2011 18:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Litva Respublikasının xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Litva Respublikasının xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Regiona səfərinə Azərbaycandan başladığını vurğulayan ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis ölkəmizin regionda əhəmiyyətli rol oynadığını və gələcəkdə bu rolun daha da artacağını bildirdi. Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu vurğulayan ATƏT sədri ölkəmizdə demokratik islahatların da güclü şəkildə həyata keçirildiyini və bunun həmişə aktual bir məsələ olduğunu dedi. Audronyus Ajubalis keçirdiyi görüşlər və apardığı müzakirələr barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev regional inkişaf və o cümlədən ölkənin ümumi inkişafı istiqamətində görüləcək işlərlə bağlı bütün məsələləri açıq müzakirə etməyin önəmini qeyd etdi. Dövlətimizin başçısı güclü iqtisadiyyat və güclü siyasi sistem qurmaqla ölkəmizi inkişaf etdirmək və müasirləşdirmək üçün siyasi, iqtisadi və sosial sahələrdə uğurlu islahatlar aparıldığını bildirdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti