...

Azərbaycanın "beyin mərkəzi"nin əməkdaşı NATO-nun konfransında iştirak edəcək

Siyasət Materials 6 Aprel 2011 11:18 (UTC +04:00)
7-10 aprel tarixləri arasında Türkiyənin paytaxtı Ankarada NATO-nun "Sülh və təhlükəsizlik naminə elm" proqramının dəstəyi, Orta Doğu Texniki Universiteti (ODTU) və Qırğızıstanın Manas Universitetinin birgə təşəbbüsü ilə "NATO, Əfqanıstanda beynəlxalq terrorizmə qarşı mübarizə və 11 sentyabr tarixindən sonra Orta Asiya regionunda təhlükəsizlik mühiti" mövzusunda konfrans keçiriləcək.
Azərbaycanın "beyin mərkəzi"nin əməkdaşı NATO-nun konfransında iştirak edəcək

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir T.Hacıyev/

7-10 aprel tarixləri arasında Türkiyənin paytaxtı Ankarada NATO-nun "Sülh və təhlükəsizlik naminə elm" proqramının dəstəyi, Orta Doğu Texniki Universiteti (ODTU) və Qırğızıstanın Manas Universitetinin birgə təşəbbüsü ilə "NATO, Əfqanıstanda beynəlxalq terrorizmə qarşı mübarizə və 11 sentyabr tarixindən sonra Orta Asiya regionunda təhlükəsizlik mühiti" mövzusunda konfrans keçiriləcək. Trend-in məlumatına görə, konfransda Azərbaycanı Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Zaur Şiriyev təmsil edəcək. O, "ABŞ-ın Əfqanıstana müdaxiləsindən sonra Xəzər hövzəsinin təhlükəsizlik mühitinə Azərbaycanın baxışı" adlı məruzə ilə çıxış edəcək.

Tədbirdə Türkiyə, Avropa ölkələri və Orta Asiyanın təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərinin iştirakı ilə fikir mübadiləsi aparılacaq və çıxışçıların məruzələri daha sonra kitab şəklində çap olunacaq.

Xəbər lenti

Xəbər lenti