...

Azərbaycan Prezidenti AŞ PA sədrini qəbul edib

Siyasət Materials 7 Aprel 2011 16:17 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul edib.
Azərbaycan Prezidenti AŞ PA sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirən AŞ PA sədri Mövlud Çavuşoğlu Forumun çox önəmli olduğunu və bu cür tədbirlərin Avropa Şurası ilə əməkdaşlıq məsələlərinə böyük dəstək verdiyini vurğulayıb.

Dövlətimizin başçısı Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunun Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakının önəmini vurğulayıb.

Bu cür beynəlxalq tədbirlərin ardıcıl olaraq keçirilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev Forumun həm bölgə, həm də Avropa və dünya üçün əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti