...

Ermənistan höküməti din azadlığını məhdudlaşdırır - ABŞ Dövlət Departamenti

Siyasət Materials 10 Aprel 2011 18:06 (UTC +04:00)
Erməni separatçıları Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunun əksər hissəsini nəzarət altında saxlamaqda davam edirlər. Bu barədə ABŞ Dövlət Departamentinin 2010-cu ildə Ermənistanda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatında deylir.
Ermənistan höküməti din azadlığını məhdudlaşdırır - ABŞ Dövlət Departamenti

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Erməni separatçıları Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunun əksər hissəsini nəzarət altında saxlamaqda davam edirlər. Bu barədə ABŞ Dövlət Departamentinin 2010-cu ildə Ermənistanda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatında deylir.

Hesabatda bildirilir ki, seçkilərin keçirilməsində çoxsaylı nöqsanlara görə Ermənistan vətəndaşlarının dinc seçkilər yolu ilə höküməti dəyişdirməyə hüququ məhdudlaşdırılıb.

"Təhlükəsizlik qüvvələrinin əməkdaşları insan haqqlarını cəzasız olaraq pozmağa davam edirlər. Orduda il boyu qeyri-döyüş vəziyyətində şübhəli ölümlər baş verib, zabit və xidmət yoldaşları tərəfindən çağırışçılara qarşı "dedovşina" və digər amansız rəftarlar cəzasız olaraq davam edib" deyə hesabatda bildirilib.

Hesabatda həmçinin qeyd olunur ki, Ermənistan höküməti və qanunvericiliyi din azadlığını məhdudlaşdırır.

Xəbər lenti

Xəbər lenti