...

Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın mitinqlə bağlı müraciətinə cavab verib

Siyasət Materials 14 Aprel 2011 17:11 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın mitinqlə bağlı müraciətinə cavab verib. Bu barədə cümə axşamı Trend-ə BŞİH-in ictimai-siyasi təşkilatlarla iş şöbəsinin əməkdaşı Zaur Ramazanov məlumat verib.
Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın mitinqlə bağlı müraciətinə cavab verib

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir T.Hacıyev/

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) İctimai Palatanın mitinqlə bağlı müraciətinə cavab verib. Bu barədə cümə axşamı Trend-ə BŞİH-in ictimai-siyasi təşkilatlarla iş şöbəsinin əməkdaşı Zaur Ramazanov məlumat verib.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Trend-ə açıqlamasında BŞİH-nin İctimai Palatanın mitinqlə bağlı müraciətini cavablandırdığını təsdiqləyib. Onun sözlərinə görə, cavab məktubunda mitinq keçirilməsi üçün "Nərimanov" kinoteatrının qarşısındakı meydan müvafiq hesab olunmayıb. Onun əvəzində mitinq keçirmək üçün İctimai Palataya "20-ci sahə"də yerləşən sürücülük məktəbinin qarşısındakı meydan tövsiyə olunub.

İctimai Palatanın koordinasiya şurasının cümə axşamı keçirilən toplantısında qərara alınıb ki, Bakı şəhər İcra Hakimiyyəti "Nərimanov" kinoteatrının qarşısındakı meydanda mitinq keçirməyə icazə verməcəyi təqdirdə, İctmai Palatanın təyin etdiyi mitinq "Sahil bağı"nda keçiriləcək.

İctimai Palata bundan əvvəl də bir neçə dəfə icazəsiz mitinq keçirməyə cəhd göstərib.

Xəbər lenti

Xəbər lenti