...

Vahid Rusiya Partiyası prezident seçkilərində Putinin namizədliyini irəli sürmək istəyir

Siyasət Materials 15 Aprel 2011 12:02 (UTC +04:00)
RF-nin hakim Vahid Rusiya Partiyası bildirib ki, Baş nazir Vladimir Putinin prezidentliyə namizəliyinin irəli sürülməsi məsələsinə baxılır. Trend-in məlumatına görə, bu barədə "Reyter" yazır.
Vahid Rusiya Partiyası prezident seçkilərində Putinin namizədliyini irəli sürmək istəyir

Azərbaycan, Bakı, 15 aprel /Trend/

RF-nin hakim Vahid Rusiya Partiyası bildirib ki, Baş nazir Vladimir Putinin prezidentliyə namizəliyinin irəli sürülməsi məsələsinə baxılır. Trend-in məlumatına görə, bu barədə "Reyter" yazır.

Prezident Dmitri Medvedevin Putinlə 2012-ci il seçkiləri ilə bağlı replika mübadiləsindən bir gün sonra Vahid Rusiya Partiyası Baş Şurasının rəyasət heyətinin katib müavini Yuri Şuvalov partiyanın seçimini açıqlayıb.

"Partiya yarandığı andan cəmiyyətin dəstəklədiyi Putin bizim liderimizdir. Təbii, biz Vladimir Putini cari ilin dekabrında Vahid Rusiyanın namizədlər siyahısında başda görmək istərdik. Partiyamızdan prezident seçkilərinə namizədin irəli sürülməsi məsələsi həll edilərkən, ilk növbədə Putinin namizədliyini nəzərdən keçiririk", - Şuvalov deyib.

Xəbər lenti

Xəbər lenti