...

Latviyanın daxili işlər naziri Azərbaycanın fövqəladə hallar naziri ilə görüşüb

Siyasət Materials 18 Aprel 2011 16:21 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Latviyanın daxili işlər naziri fövqəladə hallar naziri ilə görüşüb.
Latviyanın daxili işlər naziri Azərbaycanın fövqəladə hallar naziri ilə görüşüb

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda səfərdə olan Latviyanın daxili işlər naziri fövqəladə hallar naziri ilə görüşüb.

Trend-in məlumatına görə, FHN-in internet saytı xəbər verir ki, nazir xanım Linda Murniesenin rəhbərlik etdiyi nümayəndə heyətinin fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla görüşündə qonağa Azərbaycanın son illərdə sosial-iqtisadi həyatın bütün sferalarında əldə etdiyi nailiyyətlər, habelə nazirliyin strukturu və fəaliyyəti barədə məlumat verilib.

Qonaq Azərbaycanla Latviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini qeyd edib, iki ölkənin fövqəladə halların idarə olunması sahəsində müvafiq qurumları arasındakı mövcud əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Görüş zamanı, həmçinin, bu ilin yanvarında imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"in müddəalarının yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılıb.

Səfər proqramına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanışlıq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti