...

Azərbaycan Prezidenti Ukraynanın Baş nazirinin birinci müavinini qəbul edib

Siyasət Materials 21 Aprel 2011 17:07 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyevi qəbul edib
Azərbaycan Prezidenti Ukraynanın Baş nazirinin birinci müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyevi qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi əlaqələrimizin genişlənməsində hökumətlərarası birgə komissiyanın rolu qeyd olunaraq bu baxımdan komissiyanın Bakıda keçirilən 9-cu iclasının önəmi vurğulandı. Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Xəbər lenti

Xəbər lenti