...

ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirləri Tbilisidə regiondakı vəziyyəti müzakirə edəcəklər - Metyu Brayza

Siyasət Materials 27 Aprel 2011 11:15 (UTC +04:00)
Tbilisidə ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirlərinin görüşü keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza məlumat verib.
ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirləri Tbilisidə regiondakı vəziyyəti müzakirə edəcəklər - Metyu Brayza

Gürcüstan, Tbilisi, 27 aprel /Trend, müxbir N.Kirsxaliya/

Tbilisidə ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirlərinin görüşü keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza məlumat verib.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. "Biz regiondakı səfirliklərin fəaliyyətinin bütün aspektlərini müzakirə etmək fikrindəyik", -Brayza deyib.

O qeyd edib ki, Tbilisidə səfirlər regional təhlükəsizliyin təmin olunması, iqtisadi əlaqələrin inkişafı və digər məsələlərlə bağlı səylərinin əlaqələndirilməsi məsələlərini müzakirə edəcəklər.

Belə görüşlər ənənəvi xarakter daşıyır.

Bundan əvvəl Brayza ABŞ dövlət katibinin köməkçisinin müşaviri olub.

Xəbər lenti

Xəbər lenti