...

Müxalif partiyaların sədrləri ölkədəki siyasi vəziyyəti müzakirə ediblər

Siyasət Materials 4 İyul 2011 15:22 (UTC +04:00)
2011-ci il iyulun 4-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında görüş keçirilib.
Müxalif partiyaların sədrləri ölkədəki siyasi vəziyyəti müzakirə ediblər

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir T.Hacıyev/

2011-ci il iyulun 4-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında görüş keçirilib. Bu barədə bazar ertəsi Trend-ə VİP-in mətbuat xidmətindən məlumat verilib.

Üç partiya rəhbərinin görüşündə ölkədəki siyasi vəziyyəti və müxalifət qüvvələri arasında inteqrasiya prosesinin gedişatı məsələləri müzakirə olunub.

Üçtərəfli müzakirələrdə müxalifət qüvvələrinin bir araya gəlmələrinə dair Vətəndaş Hərəkatı Forumunun (VHF) irəli sürdüyü inteqrasiya təşəbbüsü yüksək qiymətləndirilib.

Mirəlioğlu, Əliyev və Temirxan VHF-nin 8 müxalifət partiyası arasında şəffaf müzakirələrin təşkili haqqında təklifinə müsbət yanaşdıqlarını bildiriblər.

KXCP, VİP və ALP sədrlərinin görüşündə digər məsələlərə də toxunulub.

Xəbər lenti

Xəbər lenti