...

Azərbaycanın xarici işlər naziri Qırğızıstan spikerini qəbul edib

Siyasət Materials 4 İyul 2011 19:51 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstan parlamentinin sədri Axmatbek Keldibekovu qəbul edib.
Azərbaycanın xarici işlər naziri Qırğızıstan spikerini qəbul edib

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstan parlamentinin sədri Axmatbek Keldibekovu qəbul edib. Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanda sürətlə gedən inkişaf prosesinin müşahidə olunduğunu qeyd edən qonaq, qardaş Azərbaycan xalqının uğurlarının Qırğızıstanda sevinclə qarşılandığını qeyd edib. İki xalq arasında dərin mədəni, tarixi, dini köklərin mövcudluğunu vurğulayan Keldibekov, ölkələrin biri-birinə dəstək olmalarının vacibliyini və qırğız tərəfinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.

Öz növbəsində, Məmmədyarov ölkələr arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulıb. Hər iki ölkənin Avropa ilə Asiyanı birləşdirən tarixi "İpək yolu"nun üstündə olmasının nəqliyyat layihələrinin əhəmiyyətini artırdığını qeyd edib.

Sonra tərəflər Orta Asiya və Cənubi Qafqaz regionlarında cərəyan edən proseslər və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti