...

İsrail parlamenti heç vaxt qondarma "erməni soyqırımı"nı tanımayacaq - İosif Şaqal

Siyasət Materials 5 İyul 2011 16:46 (UTC +04:00)
İsrail parlamentinin qondarma "erməni soyqırımı"nı tanıyacağına heç bir şans yoxdur.
İsrail parlamenti heç vaxt qondarma "erməni soyqırımı"nı tanımayacaq - İosif Şaqal

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir M.Əliyev/

İsrail parlamentinin qondarma "erməni soyqırımı"nı tanıyacağına heç bir şans yoxdur. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti İosif Şaqal belə düşünür.

"İsrail parlamentinin 120 deputatından 115-i qondarma "erməni soyqırımı"nın tanınmasının əleyhinədir", - çərşənbə axşamı Bakıda Trend-ə Şaqal deyib.

"Yalnız beş deputat bu məsələ ilə manipulyasiya etməyə çalışır, lakin onların heç bir şansı yoxdur. Belə ki, bu, dövlətin maraqlarına cavab vermir", - o bildirib.

Şaqalın sözlərinə görə, İsrail qondarma "Dağlıq Qarabağ respublikası"nın müstəqilliyini heç vaxt tanımayacaq. "Bu torpaqlar Azərbaycanındır və Azərbaycana qaytarılmalıdır", - o əlavə edib.

Onun sözlərinə görə, münaqişə danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti