...

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində olub (FOTO)

Siyasət Materials 7 İyul 2011 22:20 (UTC +04:00)
Cümə axşamı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə gəlmişdir. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində olub (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 15:54 yayılıb)

Cümə axşamı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə gəlmişdir. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində son illər mühüm tədbirlər həyata keçirilir. Cari ilin birinci yarısında Sumqayıtda ümumi daxili məhsul istehsalı 250 milyon manat olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 30 faiz təşkil etmişdir.

Qeyd edildi ki, həyata keçirilən tədbirlər nəticəsində 2011-ci ilin ilk altı ayında Sumqayıtda 1000-dən artıq yeni daimi iş yeri açılmışdır. 2003-2010-cu illərdə şəhərdə yeni təhsil, səhiyyə və mədəniyyət obyektləri tikilib istifadəyə verilmiş və bu proses indi də davam edir. Hazırda Sumqayıt şəhərinin abadlaşdırılması istiqamətində mühüm işlər görülür.

Xəbər lenti

Xəbər lenti