...

Azərbaycanda yüksək peşəkarlıq səviyyəsi olan minaaxtaranlar hazırlanıb

Siyasət Materials 8 İyul 2011 11:04 (UTC +04:00)
Azərbaycanda yüksək peşəkarlıq səviyyəsi olan minaaxtaranlar hazırlanıb. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Abid Şərifov ANAMA və NATO-nun birgə layihəsi olan "Saloğlu layihəsi"nin rəsmi bağlanış mərasimində bildirib.
Azərbaycanda yüksək peşəkarlıq səviyyəsi olan minaaxtaranlar hazırlanıb

Azərbaycan, Bakı, 8 iyul /Trend müxbir M.Əliyev/

Azərbaycanda yüksək peşəkarlıq səviyyəsi olan minaaxtaranlar hazırlanıb. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Abid Şərifov ANAMA və NATO-nun birgə layihəsi olan "Saloğlu layihəsi"nin rəsmi bağlanış mərasimində bildirib.

O bildirib ki, hazırda 1998-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) 500-dən artıq mütəxəssis fəaliyyət göstərir. Onlar ən müasir texnika ilə təchiz olunublar.

"Ötən 13-14 ildə minaların təmizlənməsi zamanı cəmi bir mütəxəssis həlak olub ki, bu da dünya səviyyəsində çox yaxşı statistikadır. Söhbət tək minaların təmizlənməsindən deyil, mina olan ərazilərdəki insanların təhlükəsizliyindən gedir və bu sahədə də ötən illər ərzində kifayət qədər işlər görülüb", - Şərifov bildirib.

Baş nazirin müavini əlavə edib ki, Qarabağ münaqişəsi həll olunandan sonra da ANAMA oradakı minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.

Abid Şərifov bildirib ki, NATO ilə əməkdaşlıq təkcə "Saloğlu layihəsi"ndə deyil, digər layihələrdə də davam etdiriləcək.

Saloğlu sovet ordusunun Cənubi Qafqazda ən iri hərbi bazası olub. 1991-ci ilin avqustunda bazada törədilən partlayış nəticəsində 138 anbar dağıdılıb. "Saloğlu layihəsi" 2005-ci ilin dekabrında start götürüb və bu günədək oradan 640 mindən artıq sursat tapılıb və zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti