...

Rusiyanın xarici işlər naziri ABŞ-a yola düşüb

Siyasət Materials 11 İyul 2011 12:24 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtona səfər edib.
Rusiyanın xarici işlər naziri ABŞ-a yola düşüb

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtona səfər edib.

Trend-in məlumatına görə, Lavrov səfəri zamanı ABŞ Prezidenti Barak Obama ilə görüşəcək və Yaxın Şərq "dördlüyü"nün görüşündə iştirak edəcək. Məlumatı RİA Novosti yazır.

Rusiyalı nazirin ABŞ dövlət katibi Hillari Klintonla danışıqlar aparacağı da planlaşdırılıb. Həmin danışıqların gedişində Barak Obamanın bu ilin payızında Moskvaya səfəri zamanı yüksək səviyyəli ikitərəfli qarşılıqlı əlaqələrin qrafiki müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti