...

Meksikanın nüfuzlu "Mundo İnternacional" jurnalında Azərbaycan haqqında məqalə dərc edilib

Siyasət Materials 11 İyul 2011 13:02 (UTC +04:00)
Meksikanın nüfuzlu "Mundo İnternacional" jurnalında Azərbaycan haqqında məqalə dərc edilib.
Meksikanın nüfuzlu "Mundo İnternacional" jurnalında Azərbaycan haqqında məqalə dərc edilib

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Meksikanın nüfuzlu "Mundo İnternacional" jurnalında Azərbaycan haqqında, Meksika və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi, ölkəmizin inkişaf edən iqtisadiyyatı, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən bəhs olunan geniş məqalə dərc edilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Məqalədə həmçinin 2011-ci ilin mart ayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya səfərinə mühüm yer ayrılıb.

Qeyd edilib ki, Azərbaycanın müstəqillik əldə etdikdən sonra qazandığı nailiyyətlər, o cümlədən ölkənin özünəməxsus neft strategiyası ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulub və İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət nəticəsində mümkün olub.

Məqalədə Ermənistanın hərbi təcavüzü, etnik təmizləmə siyasəti, bir milyondan artıq qaçqın və məcburi köçkün düşmüş azərbaycanlının hüquqlarının pozulması, habelə Azərbaycanın böyük bir ərazisində xalqın mədəni və tarixi irsinin məhv edilməsi məsələlərinə xüsusi yer ayrılıb.

Azərbaycan və Meksika arasında ikitərəfli əlaqələrin inkişafından bəhs edən məqalədə qeyd edilir ki, 2008-ci ildən etibarən fəaliyyət göstərən Azərbaycanın Meksikadakı səfirliyi ölkəmizin Latın Amerikasında ilk səfirliyi olub və bu da öz növbəsində Azərbaycan tərəfindən Meksika ilə münasibətlərin inkişaf etdirilməsinə verilən əhəmiyyətin göstəricisidir.

Xəbər lenti

Xəbər lenti