...

Ukrayna Azərbaycan ilə əməkdaşlığı hərtərəfli genişləndirmək niyyətindədir - səfir

Siyasət Materials 12 İyul 2011 16:27 (UTC +04:00)
Ukrayna Azərbaycan ilə əməkdaşlığı hərtərəfli genişləndirmək niyyətindədir.
Ukrayna Azərbaycan ilə əməkdaşlığı hərtərəfli genişləndirmək niyyətindədir - səfir

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir M.Əliyev/

Ukrayna Azərbaycan ilə əməkdaşlığı hərtərəfli genişləndirmək niyyətindədir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

"Biz Ukrayna Prezidentinin Azərbaycana səfəri zamanı əldə edilən razılaşmalar çərçivəsində Azərbaycan XİN ilə fəal işləyirik. Siyasi sahədə, o cümlədən iqtisadi və hərbi-texniki sahədə tərəfdaşlıq strategiyasının yerinə yetrilməsi üzrə sözün əsl mənasında iş aparılır", - səfir bildirib.

Onun sözlərinə görə, gələn il Azərbaycan Prezidentinin Ukraynaya səfəri nəzərdə tutulur.

"Payızda iqtisadi missiyanın, həmçinin parlament nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır. Ukrayna parlamenti spikerinin Azərbaycana səfəri isə gələn il gözlənilir", - Mişenko bildirib.

Xəbər lenti

Xəbər lenti