...

Azərbaycanda korrupiyaya qarşı aparılan mübarizə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir - idarə rəisi

Siyasət Materials 15 İyul 2011 16:56 (UTC +04:00)
Azərbaycanda korrupiyaya qarşı aparılan mübarizə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycanda korrupiyaya qarşı aparılan mübarizə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir - idarə rəisi

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir K.Zərbəliyeva/

Azərbaycanda korrupiyaya qarşı aparılan mübarizə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib.

"Azərbaycan korrupsiya ilə mübarizə sahəsində ilbəil irəliləyir. Dünya şəffaflıq təşkilatının illik hesabatında Azərbaycan korrupsiya qavrama indeksinə görə irəliləyib. Belə ki, 2008-ci ildə Azərbaycan bu indeksə görə 158, 2009-cu ildə 147, 2010-cu ildə 134-cü sırada dururdu. Bu il ölkədə korrupsiyaya qarşı görülən tədbirlər imkan verəcək ki, növbəti illər üzrə hesabatlarda Azərbaycan daha ön sıralara gəlsin. Azərbaycanda bu istiqamətdə irəliləyiş tendensiyası var", - Əliyev əlavə edib.

İdarə rəisinin sözlərinə görə, Azərbaycan Rusiya və bir çox MDB ölkələri ilə müqayisədə qavrama indeksinin səviyyəsinə görə irəlidədir. Azərbaycanla qonşu olan respublikalarda bu indeksin səviyyəsində geriləmə müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti