...

Azərbaycanda dairə seçki komissiyalarının yeni tərkibi təsdiqlənib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 19 İyul 2011 17:25 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının çərşənbə axşamı keçirilən iclasında dairə seçki komissiyalarının yeni tərkibi təsdiq edilib.
Azərbaycanda dairə seçki komissiyalarının yeni tərkibi təsdiqlənib (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra əlavə olunub (ilk xəbər saat 16:59-da yayılıb)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir T.Hacıyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə axşamı keçirilən iclasında dairə seçki komissiyalarının (DSK) yeni tərkibi təsdiq edilib.

Trend-in məlumatına görə, 125 dairə üzrə 1225 nəfərin namizədliyi təsdiqlənib.

Parlamentdə çoxluğu təmsil edən Yeni Azərbaycan Partiyasının MSK-dakı nümayəndəsi Fuad Cavadov öz partiyasının DSK üzvlüyünə 375 nəfərin namizədliyini təqdim edib. O qeyd edib ki, namizədlərin hamısı bütün MSK üzvləri ilə razılaşdırılıb. Təklif səs çoxluğu ilə qəbul olunub.

İclasda parlamentdə bitərəflərin nümayəndəsi, MSK üzvü Arifə Muxtarova da bitərəflər adından 375 nəfərin namizədliyini MSK-ya təqdim edib. Muxtarova namizədləri müəyyənləşdirərkən onların təcrübəsi və şəxsi keyfiyyətlərinin nəzərə alındığını vurğulayıb və qeyd edib ki, təqdim olunan namizədlərin hamısı MSK üzvləri ilə razılaşdırılıb.

Parlamentdə azlıq təşkil edən partiyalar adından isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təmsilçisi Mikayıl Rəhimov namizədləri təqdim edib. O qeyd edib ki, irəli sürülən namizədlərin 60 faizi ötən illərdə DSK-larda fəaliyyət göstəriblər və təqdim olunan namizədlərin hamısı MSK üzvləri tərəfindən razılaşdırılıb. Sonda səsvermə ilə bütün namizədlər DSK üzvlüyünə qəbul olunublar.

Xəbər lenti

Xəbər lenti