...

Almaniyanın Ştutqart şəhərində Azərbaycanın fəxri konsulluğunun bir illiyi qeyd olunub

Siyasət Materials 20 İyul 2011 18:12 (UTC +04:00)
Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulluğunun açılışının bir illiyi ilə əlaqədar tədbir keçirilib.
Almaniyanın Ştutqart şəhərində Azərbaycanın fəxri konsulluğunun bir illiyi qeyd olunub

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulluğunun açılışının bir illiyi ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir Baden-Vürtemberg əyalətinin rəhbərliyi, bir sıra şirkət nümayəndəsi, Almaniyada yaşayan bir qrup Azərbaycan vətəndaşı və tələbələrin iştirakı ilə keçirilib.

Tədbiri fəxri konsul Otto Hauzer giriş sözü ilə açdıqdan sonra iştirakçılara Azərbaycan və Almaniya arasındakı tarixi-mədəni əlaqələr, bu əlaqələrin müasir vəziyyəti və zəruriliyi haqqında məlumat verib. Konsul öz çıxışında onu da qeyd edib ki, bu tarixi əlaqələrin məntiqi nəticəsi olaraq bir ildir ki, Stutqartda Azərbaycanın fəxri konsulluğu açılıb və əsas məqsəd də iki xalq arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət etməkdən ibarətdir.

Daha sonra Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger və Münhen Helmholtz İnstitutunda çalışan azərbaycanlı professor Məsud Əfəndiev öz təbriklərini tədbir iştirakçılarına çatdırıb. Rəsmi hissədən sonra tədbir masa arxasında qonaqlar arasındakı fikir mübadiləsi ilə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti