...

Elmar Məmmədyarov AŞ PA-nın nümayəndə heyətini qəbul edib (FOTO)

Siyasət Materials 21 İyul 2011 20:05 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov AŞ PA-nın nümayəndə heyətini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndə heyətini qəbul edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, görüşdə Məmmədyarov Azərbaycanda sürətlə gedən inkişaf prosesi və ölkənin yüksəlməkdə olan regional rolu barədə məlumat verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunan nazir, Minsk qrupunun həmsədr ölkələrinin liderlərinin bəyanatında qeyd edildiyi kimi, yaranmış vəziyyətin qəbuledilməz olduğunu vurğulayaraq, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini və bunu tələb edən BMT, Avropa Parlamenti və bir sıra digər beynəlxalq təşkilatların qətnamə və sənədlərinin olduğunu qonaqların diqqətinə çatdırıb.

AŞ PA nümayəndə heyətinin üzvləri mühüm geostrateji mövqeyə malik olan Azərbaycanın Avropa üçün enerji sahəsində əməkdaşlıq baxımından çox mühüm bir ölkə olduğunu vurğulayıblar. Nümayəndə heyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin tərəfdarı olduqlarını bildiriblər.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti