...

Polşa Prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 25 İyul 2011 16:51 (UTC +04:00)
Polşa Prezidenti Bronislav Komorovski iyulun 25-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Polşa Prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Azərbaycanda rəsmi səfərdə olan Polşa Prezidenti Bronislav Komorovski iyulun 25-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstəsi qoyulub.

Polşa Prezidenti həmin gün Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Polşa Prezidenti Bronislav Komorovski və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

Polşa Prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Polşanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Xəbər lenti

Xəbər lenti