...

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb

Siyasət Materials 27 İyul 2011 16:10 (UTC +04:00)
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan iyulun 27-də Azərbaycana rəsmi səfərə gəlib
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan iyulun 27-də Azərbaycana rəsmi səfərə gəlib.

Trend-in məlumatına görə, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qardaş ölkənin hökumət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Türkiyə Respublikasının Baş nazirinə gül dəstəsi təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Rəcəb Tayyib Ərdoğan və Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

Xəbər lenti

Xəbər lenti