...

Azərbaycan Prezidenti Mərakeş Kralına başsağlığı verib

Siyasət Materials 27 İyul 2011 16:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı verib
Azərbaycan Prezidenti Mərakeş Kralına başsağlığı verib

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı verib.

"Əlahəzrət, Əziz qardaşım, ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Mərakeş xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" İlham Əliyev başsağlığında deyib.

Xəbər lenti

Xəbər lenti