...

Azərbaycanda magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilə bilər

Siyasət Materials 29 İyul 2011 12:41 (UTC +04:00)
Azərbaycan Parlamentinin payız sessiyasında Azərbaycanda magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilməsi barədə məsələ də müzakirəyə çıxarılacaq
Azərbaycanda magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilə bilər

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Parlamentinin payız sessiyasında Azərbaycanda magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilməsi barədə məsələ də müzakirəyə çıxarılacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"Mənim fikrimcə, magistratura və doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilməlidir. Bilirik ki, hərbi xidmətə gedəndə onlar elm və təhsildən uzaqlaşırlar. Lakin bu o demək deyil ki, həmin yerlər bron olaraq saxlanmalıdır. Hər bir vətəndaş Vətən qarşısında öz borcunu yerinə yetirməlidir", - Hacıyev deyib.

Onun sözlərinə görə, payız sessiyasında "Elm haqqında" və "Ali təhsil haqqında" qanun layihələrinin müzakirə olunacağı gözlənilir. "Elm haqqında" qanun demək olar ki, tam başa çatdırılıb, sessiyanın ilk iclaslarında müzakirəyə çıxarılacaq. "Ali təhsil haqqında" qanun layihəsi isə ilkin mərhələdə hazırdır.

Xəbər lenti

Xəbər lenti