...

Azərbaycan və BMT Somaliyə humanitar yardımına dair saziş imzalayıb

Siyasət Materials 12 Avqust 2011 01:48 (UTC +04:00)
Cümə axşamı Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir Aqşin Mehdiyev və BMT-nin Çox-tərəfdaşlıq Etimad Fondunun Ofisinin İcraçı Əlaqələndiricisi Bisrat Aklilu müvafiq olaraq Azərbaycan Hökuməti və BMT-nin İnkişaf Proqramı adından BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Somali üçün Ümumi Humanitar Fonda dair Standart İnzibati Sazişi imzalayıblar.
Azərbaycan və BMT Somaliyə humanitar yardımına dair saziş imzalayıb

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir S.Ağayeva/

Cümə axşamı Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir Aqşin Mehdiyev və BMT-nin Çox-tərəfdaşlıq Etimad Fondunun Ofisinin İcraçı Əlaqələndiricisi Bisrat Aklilu müvafiq olaraq Azərbaycan Hökuməti və BMT-nin İnkişaf Proqramı adından BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Somali üçün Ümumi Humanitar Fonda dair Standart İnzibati Sazişi imzalayıblar.

Sazişi imzalamaqla, Azərbaycan Hökuməti Somalidə aclığın aradan qaldırılması və Somali xalqının əzabının azaldılması istiqamətində davam edən beynəlxalq və milli səylərə dəstəklə bağlı Somali Respublikası Hökumətinin və digər beynəlxalq təşkilatların təcili yardım çağırışlarına cavab vermişdir. Trend-in məlumatına görə, bu barədə Azərbaycannın BMT yanında Daimi Nümayəndəliyinin press-relizində bildirilir.

Sazişə uyğun olaraq, Azərbaycan Respublikasının Hökuməti yuxarıdakı məqsədlər üçün 100.000 ABŞ dolları ayırmış və adıçəkilən məbləğ Saziş imzalandıqdan dərhal sonra Çox-tərəfdaşlıq Etimad Fondunun Ofisi vasitəsilə Somali üçün Ümumi Humanitar Fonda köçürülmüşdür.

Xəbər lenti

Xəbər lenti