...

Azərbaycanla Rusiya arasında hüquqi əməkdaşlığın genişlənməsi müzakirə olunub

Siyasət Materials 15 Avqust 2011 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Baş prokuroru Zakir Qaralov bazar ertəsi Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin ilə iki ölkə arasında hüquqi sahədə əməkdaşlığı, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Baş prokurorluğunun yaydığı məlumatda bildirilir.

Görüşdə, həmçinin tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Baş prokuror Azərbaycanda son illər ərzində məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini vurğulayaraq, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən konkret tədbirlər barədə qonaqlara ətraflı məlumat verib.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin görüşdə iki ölkənin istintaq orqanları arasında hüquqi sahədə əlaqələrin inkişafına təkan verildiyini, münasibətlərin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, müvafiq sahələr üzrə qarşılıqlı səmərəli əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti