...

Türkiyə HHQ İraqın şimalında əməliyyatları davam etdirəcək - Ərdoğan

Siyasət Materials 29 Avqust 2011 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Türkiyə Hərbi Hava Qüvvələrinin Şimali İraqda əməliyyatları ilin sonunadək davam edəcək. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Rayyib Ərdoğan bildirib. Trend-in məlumatına görə, xəbəri Anadolu agentliyi yayıb.

"Biz terrorizmlə mübarizədə yeni mərhələyə daxil olmuşuq. Hərbi əməliyyat davam edəcək", - Baş nazir qeyd edib.

Aviazərbələr avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra endirilib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti