...

Noyabrda Belarus parlamentarilərinin Azərbaycana səfəri gözlənilir

Siyasət Materials 1 Sentyabr 2011 13:58 (UTC +04:00)
Bu ilin noyabrında Belarus Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Trend-in məlumatına görə, Belarusun BELTA dövlət informasiya agentliyi xəbər verir ki, səfərin məqsədi beynəlxalq əlaqələrin inkişaf etdirilməsidir.
Noyabrda Belarus parlamentarilərinin Azərbaycana səfəri gözlənilir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu ilin noyabrında Belarus Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Trend-in məlumatına görə, Belarusun BELTA dövlət informasiya agentliyi xəbər verir ki, səfərin məqsədi beynəlxalq əlaqələrin inkişaf etdirilməsidir.

Milli Məclisdən cümə axşamı Trend-ə bildirilib ki, hələlik Belarus tərəfi ilə səfərin tarixi dəqiqləşdirilməyib.

Sonuncu dəfə spiker Oqtay Əsədovun başçılığı ilə Milli Məclisin nümayəndə heyəti 2009-cu ilin oktyabrında Belarusda rəsmi səfərdə olub. Səfər çərçivəsində Belarus Parlamenti və Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti