...

MDB XİN Şurasında Azərbaycanı xarici işlər nazirinin müavini təmsil edəcək

Siyasət Materials 1 Sentyabr 2011 15:53 (UTC +04:00)
Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
MDB XİN Şurasında Azərbaycanı xarici işlər nazirinin müavini təmsil edəcək

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir S.Ağayeva/

Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdulayev məlumat verib.

Sentyabrın 2-də Tacikistan paytaxtında MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İclasın gündəliyinə 16 məsələ daxil edilib. Sentyabrın 3-də isə MDB Dövlət Başçıları Şurasının iclasının keçirilməsi planlaşdırılıb.

Düşənbədə bir sıra sənədlərin imzalanması gözlənilir. Oktyabrın 18-də isə Sankt-Peterburqda 20-dən artıq məsələnin müzakirə olunacağı Hökumət Başçıları Şurasının iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti