...

Türkiyə rəsmən İsraillə diplomatik əlaqələri kəsdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Sentyabr 2011 14:56 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, İsrail Türkiyədən üzr istəməyincə, Tel-Əvivlə Ankara arasında münasibətlər bərpa olunmayacaq. Trend-in məlumatına görə, bu barədə CNN Türk xəbər verib.
Türkiyə rəsmən İsraillə diplomatik əlaqələri kəsdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, İsrail Türkiyədən üzr istəməyincə, Tel-Əvivlə Ankara arasında münasibətlər bərpa olunmayacaq. Trend-in məlumatına görə, bu barədə CNN Türk xəbər verib.

"İsrailə verilmiş müddət ərzində Tel-Əviv Türkiyəyə ümid bəsləməsin", - Davudoğlu deyib.

XİN rəhbərinin sözlərinə görə, İsrailin Türkiyə vətəndaşlarına qarşı törətdiyi bütün cinayətlərə görə cavab verməsinin vaxtı çatıb.

"Biz İsrailin cinayətlərini cavabsız qoymayacağıq", - o deyib.

Nazir onu da bildirib ki, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər ikinci dərəcəli səviyyəyə keçib, bundan əlavə, Ankara Təl-Əvivlə hərbi əməkdaşlığı dayandırıb.

Hərbi və diplomatik sahədə son vaxtlaradək sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasındakı münasibətlərə ötən il mayın 31-də İsrail xüsusitəyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib. İsrail əsgərləri ilə toqquşmalar zamanı, Türkiyənin "Mavi Mərmərə" gəmisində doqquz türk fəalı həlak olub. Ankara Təl-Əvivlə münasibətlərə yenidən baxılacağını elan edib və İsraildən həlak olanların ailələrinə kompensasiyaların verilməsini tələb edib.

Ötən ilin dekabrında Türkiyənin İsrailə 41 nəfərin həyatına son qoyan və ölkə tarixində ən iri meşə yanğınları ilə mübarizə aparmaq üçün iki təyyarə göndərməsi zamanı ikitərəfli münasibətlərin bərpa olunacağına ümid yaranmışdı. Lakin az sonra Türkiyənin rəsmi şəxsləri bəyan etmişdi ki, Ankara İsraillə münasibətləri yalnız onun rəsmən üzr istəməsindən sonra bərpa edəcək. Təl-Əviv isə buna rədd cavabı vermişdi.

Xəbər lenti

Xəbər lenti