...

İlham Əliyev Avstriyanın OMV şirkəti idarə heyətinin sədrini qəbul edib

Siyasət Materials 7 Sentyabr 2011 17:21 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Avstriyanın OMV şirkəti idarə heyətinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, OMV şirkəti idarə heyətinin sədri Gerhard Roiss Avstriya Prezidenti Haynts Fişerin və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Gunter Ottingerin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Avstriyanın OMV şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, "Nabukko" layihəsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə edildi.

Dövlətimizin başçısı Avstriya Prezidenti Haynts Fişerin və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Gunter Ottingerin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avstriyanın dövlət başçısına və Avropa İttifaqının komissarı Gunter Ottingerə çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti