...

Argentina jurnallarında Azərbaycanın iqtisadi yüksəlişindən bəhs edən məqalələr çap olunub

Siyasət Materials 7 Sentyabr 2011 19:34 (UTC +04:00)
Argentinanın ən iri biznes qurumu olan Sənayeçilər Birliyinə (Unionindustrial) məxsus "Echo en Argentina" (ingiliscə "Made in Argentina") və Argentina Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin xarici ticarət və sərmayələrin təşviqi fondu olan "Fundacion ExportAr"a məxsus "News" jurnallarının son nömrələrində Azərbaycana aid məqalələr çap olunub.
Argentina jurnallarında Azərbaycanın iqtisadi yüksəlişindən bəhs edən məqalələr çap olunub

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Argentinanın ən iri biznes qurumu olan Sənayeçilər Birliyinə (Unionindustrial) məxsus "Echo en Argentina" (ingiliscə "Made in Argentina") və Argentina Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin xarici ticarət və sərmayələrin təşviqi fondu olan "Fundacion ExportAr"a məxsus "News" jurnallarının son nömrələrində Azərbaycana aid məqalələr çap olunub. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Argentinadakı səfirliyindən məlumat verilib.

"Qlobal səviyyədə ən dinamik və ən yüksək inkişaf göstəricilərinə malik iqtisadiyyatı ilə Azərbaycan dünyada getdikcə daha çox strateji tərəfdaşlar cəlb edir. Məhz Argentina bir sıra səbəblərə görə Azərbaycanın öz mövqeyini möhkəmləndirmək və birgə mənfəət əldə etmək üçün seçdiyi ölkələrdən biridir", - "Echo en Argentina" jurnalında nəşr olunmuş "Azərbaycan - potensial tərəfdaş" (Azerbaiyán - un socio a la vista) adlı məqalədə bildirilir.

Məqalədə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra sosial-iqtisadi tərəqqi istiqamətində keçdiyi yol təhlil olunur, ölkədə həyata keçirilməkdə olan və perspektiv layihələr, Azərbaycanın malik olduğu böyük maliyyə ehtiyatları və onların istiqamətlənməsi, habelə Argentina şirkətləri üçün ticarət, iqtisadi və sərmayə sahədə imkanlar barədə məlumatlar verilir.

"News" jurnalında çap olunmuş "Azərbaycan: böyük strateji potensiala malik bazarı tanıyaraq" (Azerbaiyán:Conociendo un mercado de gran potencial estratégico) adlı məqalədə bildirilir ki, 2010-cu ildə Azərbaycanın Cənubi Amerikada ilk olaraq Buenos-Ayresdə səfirliyinin açılması ilə Cənubi Qafqazın ən iri iqtisadiyyatına malik bu ölkə ilə Argentina arasında ikitərəfli münasibətlərin gücləndirilməsində yeni mərhələ başlanıb.

Məqalədə Azərbaycanın makroiqtisadi vəziyyəti təhlil olunur, ölkəni ticarət və sərmayələr üçün əlverişli bazar kimi şərtləndirən amillər sadalanır, Argentina ilə mövcud və perspektiv iqtisadi əməkdaşlıq imkanları və Azərbaycanda keçiriləcək iri sərgilər haqqında məlumat verilir.

Məqalələri aşağıdakı internet səhifələrindən oxumaq mümkündür:

http://www.azembassy.org.ar/uploads/files/hechoenargentina.pdf

http://www.azembassy.org.ar/uploads/files/news-4-Azerbaiyan.pdf

Xəbər lenti

Xəbər lenti