...

Rusiya və Azərbaycanın məqsədi çoxtərəfli əməkdaşlığı inkişaf etdirməkdir - RF Federasiya Şurasının sədr müavini (FOTO)

Siyasət Materials 8 Sentyabr 2011 19:24 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin regionda sülh və stabilliyin qorunmasında rolu və xidməti çox böyükdür.
Rusiya və Azərbaycanın məqsədi çoxtərəfli əməkdaşlığı inkişaf etdirməkdir - RF Federasiya Şurasının sədr müavini (FOTO)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir S.Ağayeva/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin regionda sülh və stabilliyin qorunmasında rolu və xidməti çox böyükdür. Trend-in məlumatına görə, bunu cümə axşamı Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Paşazadə ilə görüşdə deyib.

"Sizin Qafqazda terror və separatçılığın qarşısının alınması üçün ictimai və dini xadimlərin yığıncağını keçirmək təklifiniz əvəzsizdir", - Umaxanov bildirib.

Umaxanov Rusiyanın Prezidenti və Baş nazirinin salamlarını Paşazadəyə çatdırıb.

RF Federal Məclisi Federasiya Şurasının sədr müavininin sözlərinə görə, o, Azərbaycanda olduğu müddətdə ölkə rəhbərliyi, rəsmi şəxslərlə görüşlər keçirib və respublikadakı ictimai-siyasi vəziyyətlə tanış olub.

"İki ölkə - Rusiya və Azərbaycanın məqsədi bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdir", - o vurğulayıb.

Öz növbəsində QMİ sədri Rusiya rəhbərliyinə salamlarını çatdırıb. Onun sözlərinə görə, iki ölkə xalqları arasında çox mehriban, dostluq münasibətləri var və Azərbaycan buna çox böyük əhəmiyyət verir.

Qafqaz müsəlmanlarının dini lideri Yaroslavl yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.

Xəbər lenti

Xəbər lenti