...

DİN-in "qaynar xətti"nə hər gün 3000-ə yaxın müraciət daxil olur

Siyasət Materials 9 Sentyabr 2011 11:01 (UTC +04:00)
Hər gün Daxili İşlər Nazirliyinin "102" "qaynar xətti"nə 2500-3000-ə yaxın müraciət daxil olur. Trend-in məlumatına görə, dairə seçki komissiyaları (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə kurslarda çıxışı zamanı daxili işlər nazirinin müavini Oruc Zalov deyib.
DİN-in "qaynar xətti"nə hər gün 3000-ə yaxın müraciət daxil olur

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Hər gün Daxili İşlər Nazirliyinin "102" "qaynar xətti"nə 2500-3000-ə yaxın müraciət daxil olur. Trend-in məlumatına görə, dairə seçki komissiyaları (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə kurslarda çıxışı zamanı daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

"Qaynar xətt"ə vətəndaşlar qanun pozuntuları ilə bağlı müraciət edirlər. Hər bir vətəndaş DİN-in "qaynar xətt"inə onları narahat edən problemlərlə bağlı məlumat verə bilər. Bu müraciətlərə operativ reaksiya verilir, həmin şikayətlərlə bağlı aidiyyəti polis orqanlarına məlumat verilir", - Zalov əlavə edib.

Nazir müavininin sözlərinə görə, daxil olan şikayətlərin 80 faizi daxili işlər orqanlarının səlahiyyətlərinə aid deyil.

"Biz bu şikayətləri də qəbul edirik və bu məlumatları aidiyyəti qurumlara ötürürük", - Zalov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında ən sabit ölkələrdəndir.

"Azərbaycan əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə ən az cinayət baş verən ölkədir. Gələn qonaqlar da burada sabitlik olduğunu qeyd edirlər", - Zalov əlavə edib.

Xəbər lenti

Xəbər lenti