...

Sarkisyan istefa məsələsini Köçəryanla müzakirə edib - qəzet

Siyasət Materials 9 Sentyabr 2011 13:19 (UTC +04:00)
Sarkisyan istefa məsələsini Köçəryanla müzakirə edib - qəzet
Sarkisyan istefa məsələsini Köçəryanla müzakirə edib - qəzet

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Bu günlərdə Ermənistan Prezidenti Serj Sarkisyanla eks-prezident Robert Köçəryan arasında görüş baş tutub. Trend-in məlumatına görə, bu barədə "Aykakan Jamank" qəzeti yazır.

Görüş Köçəryanın İsakov prospektindəki mülkündə keçirilib. Prospektin bir hissəsinin kifayət qədər uzun müddətə bağlı olması da məhz bunun əlaqədar olub. Armenia Today-in yazdığına görə, şayiələrə əsasən, Sarkisyan və Köçəryan hazırkı daxili siyasi prosesləri və mümkün daxili siyasi ssenarini müzakirə ediblər.

Məqalə müəllifləri bu görüşün mövcudluğu ilə bağlı rəsmi təsdiqlənmə almaq məqsədilə Ermənistan Prezidenti Aparatına müraciət etsələr də, cavab almayıblar.

Xəbər lenti

Xəbər lenti