...

İnterpol Müəmmər Qəddafinin həbsinə order verib

Siyasət Materials 9 Sentyabr 2011 15:41 (UTC +04:00)
Cümə günü İnterpol Müəmmər Qəddafi, onun oğlu Seyf əl-İslam və Liviya hərbi kəşfiyyatının keçmiş direktoru Abdullah əs-Sənusinin həbsinə order verib.
İnterpol Müəmmər Qəddafinin həbsinə order verib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Cümə günü İnterpol Müəmmər Qəddafi, onun oğlu Seyf əl-İslam və Liviya hərbi kəşfiyyatının keçmiş direktoru Abdullah əs-Sənusinin həbsinə order verib. Trend-in məlumatına görə, bu barədə İnterpolun bəyanatında deyilir. Məlumatı Ria Novosti yayıb.

Cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno-Okampo Qəddafi haqqında "qırmızı bülleten" çıxarılmasını tələb edib. Şəxs haqqında "qırmızı bülleten" çıxarılması onun ən çox axtarılan şəxslər siyahısına daxil edilməsi deməkdir.

Xəbər lenti

Xəbər lenti