...

Azərbaycan Prezidenti İlham Əliyev Qobustanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Siyasət Materials 13 Sentyabr 2011 12:49 (UTC +04:00)
Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna gəlib
Azərbaycan Prezidenti İlham Əliyev Qobustanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna gəlib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən bu park 2007-ci ildə istifadəyə verilib.

Dörd hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilmiş, göz oxşayan fəvvarə kompleksi yaradılmışdır. Parkda rayon sakinlərinin istirahəti üçün hər cür şərait vardır.

Xəbər lenti

Xəbər lenti