...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının sədri ilə görüşüb (FOTO)

Siyasət Materials 13 Sentyabr 2011 21:46 (UTC +04:00)
Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban xanım Əliyeva sentyabrın 13-də Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının sədri ilə görüşüb (FOTO)

Şəkillər əlavə olunub (ilk xəbər 20:35-də yayılıb)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban xanım Əliyeva sentyabrın 13-də Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycanın birinci xanımını Fransa Senatı binasının qarşısında parlamentin sədri Jerar Larşe qarşılayıb.

Görüşdə Fransa Senatı ilə Azərbaycan arasında əməkdaşlığın davam etdiyi xüsusi vurğulanıb. Mehriban xanım Əliyeva Fransaya səfərindən və Senatın sədri ilə görüşdən məmnunluğunu bildirərək qeyd edib ki, Azərbaycan-Fransa dostluq qrupunun sədri kimi ölkələrimiz arasında əməkdaşlığın və parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün səylərini davam etdirir. Bu baxımdan Fransada Azərbaycan ilə bağlı təşkil edilən mədəni tədbirlər, konsertlər, konfranslar, sərgilər ikitərəfli münasibətlərin gücləndirilməsində mühüm rol oynayır.

Ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Mehriban xanım Əliyeva demişdir ki, Fransa Senatı əvvəllər də bu məsələdə mühüm rol oynayıb və gələcəkdə də bu rolun əhəmiyyəti böyükdür.

Azərbaycanın birinci xanımı Fransa Senatının sədrini ölkəmizə rəsmi səfərə dəvət edib.

Görüşdə Fransa Senatının Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon və ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov iştirak ediblər.

Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti