Azərbaycan, Bakı, 14 sentyabr /Trend/
İran "Vilayət-3" hərbi təlimləri zamanı "Gased" "ağıllı bomba"larının sınağını keçirib. Bu barədə Trend İRNA agentliyinə istinadən xəbər verir.
Hərbi Təlimlər Qərargahının nümayəndəsi general Hüseyn Çit Forrouş elan edib ki, 2000 funt çəkiyə malik "Gased" bombaları F-4 qırıcılarının köməyi ilə uğurla sınaqdan keçirilib.
Sentyabrın 6-da İranda HHQ-nin 10 günlük "Vilayət-3" hərbi təlimləri start götürüb. Təlimlər ölkənin şimal-qərbində, İran-İraq sərhədi yaxınlığında, son vaxtlar terrorçu "Pejak" qruplaşmasına qarşı hərbi əməliyyatların aparıldığı yerdə keçirilir.
Son 30 ildə ilk dəfə olaraq təlimlər müdafiə ilə yanaşı, xəbərdarlıq xarakteri də daşıyır. Orada F-4, F-5, Su-24, MiQ-29, "Sayeqe" qırıcıları, S-130 nəqliyyat təyyarələri daxil olmaqla HHQ-nin ixtiyarında olan bütün təyyarələr, eləcə də İranın ən yeni texnoloji hazırlamaları iştirak edir.
Dörd mərhələdə keçirilən təlimlər zamanı "hava-hava", "hava-yer" sinfindən olan raketlər, ağır və yüngül bombalar sınaqdan keçirilir.
İran smart-bombaları sınaqdan keçirib
İran smart-bombaları sınaqdan keçirib