...

Hakim partiya gənclərin sosail şəbəkələrlə bağlı biliklərini artırmaq üçün kurslar təşkil edəcək

Siyasət Materials 14 Sentyabr 2011 16:17 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) gənclərin sosial şəbəkələrlə bağlı biliklərini artırmaq üçün kurslar təşkil edəcək.
Hakim partiya gənclərin sosail şəbəkələrlə bağlı biliklərini artırmaq üçün kurslar təşkil edəcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) gənclərin sosial şəbəkələrlə bağlı biliklərini artırmaq üçün kurslar təşkil edəcək. Bu barədə çərşənbə günü Trend-ə YAP-ın Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın regionlarında yaşayan gəncləri maarifləndirmək, onlara müasir texnologiyaların imkanlarından istifadə etməyə yardım etməkdir.

"Hazırda Azərbaycanda informasiya texnologiyaları yüksək sürətlə inkişaf edir. Ölkəmizin bütün regionlarında, hətta dağ kəndlərində belə internetə çıxış imkanları var. Biz də istəyirik ki, gənclərimiz bu imkanlardan hərtərəfli istifadə edə bilsinlər", - Orucov əlavə edib.

YAP Gənclər Birliyinin sədri qeyd edib ki, kurslar oktyabr ayından etibarən başlayacaq.

"Müxtəlif bölgələrdə gənclər üçüniki-üç günlük kurslar keçiriləcək", - o deyib.

Orucov bildirib ki, gənclərin sosial şəbəkələrlə bağlı biliklərinin artırılmasında məqsəd sosial şəbəkələr vasitəsilə YAP-ın təbliğatını həyata keçirmək deyil.

"Başlıca məqsəd gənclərimizin maarifləndirilməsidir", - Orucov vurğulayıb.

Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci ilin noyabr ayında təsis edilib və partiyanın ilk sədri Heydər Əliyev seçilib. Partiya 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiyanın ideologiyasının əsasında azərbaycançılıq, vətəndaş həmrəyliyi, demokratik dəyərlər dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

YAP hazırda Azərbaycan Milli Məclisində 71 deputatla təmsil olunur. Partiyanın sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti