...

Hulusi Kılıç: Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının iclası noyabrda keçiriləcək

Siyasət Materials 15 Sentyabr 2011 12:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının Türkiyədə keçiriləcək iclasına qatılacağı gözlənilir.
Hulusi Kılıç: Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının iclası noyabrda keçiriləcək

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının Türkiyədə keçiriləcək iclasına qatılacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç bildirib.

Onun sözlərinə görə, İlham Əliyevin Şuranın iclasında iştirakı məsələsi Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı razılaşdırılıb.

Səfir bildirib ki, iclasın noyabrın 15-nə kimi keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül 2010-cu il avqustun 16-da İstanbulda imzalayıblar.

Xəbər lenti

Xəbər lenti